Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İşğaldan azad olunan rayonların mərkəzləşmiş kitabxana sistemlərinin direktorları ilə videokonfrans təşkil olunub

Bakı, 3 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunan rayonlarımızın Mərkəzləşmiş Kitabxana Sistemlərinin direktorları ilə onlayn videokonfrans keçirilib.

Dekabrın 3-də təşkil edilən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə reallaşan onlayn konfransın əsas məqsədi 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş və bu gün Azərbaycan ordusu tərəfindən azad edilən rayonlardakı kitabxanaların mövcud durumunu və onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq və bu barədə beynəlxalq Kitabxana təşkilatı olan IFLA-ya müvafiq məlumatın verilməsindən ibarət olub.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransda Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov və direktor müavini Ədibə İsmayılova iştirak ediblər.

Onlayn konfransı açan Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov konfrans iştirakçılarını salamlayaraq bu günlər Azərbaycan xalqının böyük qələbə sevinci içərisində olduğunu bildirərək bu qələbəni bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti və Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan ordusunun zabit və əsgərlərinə Milli Kitabxananın kollektivi adından, telekonfrans iştirakçılarının adından və bütün Azərbaycanın kitabxanaçılar ordusu adından öz təşəkkürünü bildirib.

Sonra isə işğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının direktorları çıxış edərək işğaldan azad olunan ərazilərdəki kitabxanalar barədə məlumat veriblər. Şuşa şəhərinin və Xocavənd rayonunun mərkəzi kitabxanalarının binaları istisna olmaqla, digər bütün işğaldan azad olunan rayonlarda rayon, şəhər, qəsəbə və kənd kitabxanalarının binaları tamamilə dağıdılaraq yerlə yeksan edilib, qiymətli kitab fondları isə talan olunaraq yandırılıb. Həmçinin işğaldan azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsulları tamamilə dağıdılıb, yandırılıb və talan olunub. Qeyd edilib ki, Şuşa şəhər Mərkəzi Kitabxanası Qarabağın görkəmli ziyalısı, şairi və rəssamı Mir Mövsüm Nəvvab tərəfindən 1897-ci ildə yaradılıb və həmin kitabxana açılarkən Mir Mövsüm Nəvvab öz əlyazmalarının bir hissəsini və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlərindən və çəkdiyi şəkillərdən ibarət dəftərləri də həmin kitabxanaya hədiyyə edib. Hazırda həmin qiymətli hədiyyələrdən bu kitabxanada əsər əlamət qalmayıb, onlar ya yandırılıb, yaxud da xarici ölkələrə daşınıb. Qubadlı rayon Mərkəzi Kitabxanasında görkəmli el şairi Seyid Nigarinin qiymətli əlyazması da erməni vandalları tərəfindən məhv edilib. Bütün bu faktlar göstərir ki, erməni işğalçılarının əsas məqsədi Azərbaycan xalqına məxsus olan qiymətli sərvətlərin məhv olunması və bu bölgələrdə Azərbaycana məxsus izin tamamilə silinməsi olub.

Vurğulanıb ki, bütün bu vəhşiliklər barədə məlumatları beynəlxalq miqyasda ən nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya təqdim etməklə erməni işğalından azad olunan rayonların kitabxana işçilərinin və bütün Azərbaycan kitabxanaçılar ordusunun haqq səsini bu beynəlxalq təşkilata çatdırmaq vacibdir.

Sonda bütün telekonfrans iştirakçıları 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunan və bu gün işğaldan azad edilən rayonlarda bir vaxtlar fəaliyyət göstərən kitabxanaların tamamilə məhv edildiyi və onların fondlarında mühafizə edilən qiymətli kitabların erməni vandalları tərəfindən talan olunaraq dağıdılması, habelə bütün şəhər və kənd kitabxanalarının binalarının yerlə-yeksan olunduğu barədə məlumatların onların adından nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya çatdırılmasını Milli Kitabxana rəhbərliyindən xahiş ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib