ELM VƏ TƏHSİL


İslamda vərəsəlik hüququ və müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası mövzuları müzakirə olunub

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib. Dissertasiya işlərinin müdafiəsi “Zoom” proqramı vasitəsilə təşkil olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, şurada fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Aliyə Mürsəlovanın “İslamda vərəsəlik hüququ (hənəfi məzhəbi əsasında)” və Dürdanə Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzularında dissertasiya işləri müzakirə olunub.

Müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fəlsəfə doktoru dissertasiyalarının müzakirəsinin keçirilməsi qaydaları” və “Karantin dövründə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirə, seminar və müdafiəsinin keçirilmə qaydaları”na uyğun formada təşkil edilib.

Xatırladaq ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası Dinşünaslıq və Dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.