İDMAN


İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçiriləcək

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 18-19-da İsmayıllıda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksinin idman zalında keçiriləcək yarışda 12 məktəbdən 120 şagird iştirak edəcək.

Turnirin ilk günü qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçiriləcək. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkcələri ilə təmin olunacaqlar.

İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalibə isə kubok təqdim olunacaq.

Xatırladaq ki, “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qax və Gəncədə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.