REGİONLAR


İsmayıllıda hazırda zəlzələnin qəzalı vəziyyətə saldığı 30 ev tikilir, 16 evdə söküntü işləri aparılır

İsmayıllı, 25 aprel, AZƏRTAC 

İsmayıllı rayonunda fevralın 5-6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin zəlzələnin fəsadlarının təcili olaraq araşdırılması, vətəndaşlara dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə əlaqədar verdiyi tapşırıqlar uğurla yerinə yetirilir. Belə ki, indiyədək vətəndaşlar tərəfindən edilən 1272 müraciətə əsasən 1255 evə baxış keçirilib. 112 ev qəzalı vəziyyətdə olub. Hazırda rayonda sakinlər üçün qəzalı vəziyyətə düşən 30 ev tikilir, habelə 16 evdə söküntü işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vətəndaşların müraciətləri əsasında vəziyyətin araşdırılması, zərərin tamamilə müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.