CƏMİYYƏT
İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər inzibati məsuliyyətə cəlb ediliblər VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərin müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilmələri məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb. Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.
Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.