DÜNYA
İspaniya Bağdaddan qoşunlarını çıxarır
Madrid, 8 yanvar, AZƏRTAC
NATO-nun İraqda beynəlxalq təlim missiyasının dayandırılması haqqında qərarı ölkənin paytaxtı Bağdadda yerləşən İspaniya hərbçilərinin qismən oradan çıxarılmasına gətirib çıxarıb.
AZƏRTAC İspaniya Müdafiə Nazirliyinin informasiyasına istinadla xəbər verir ki, İspaniya kontingentinin əsas hissəsi - 550-dən çox hərbçi Bağdadın 50 kilometrliyindəki Besmayada yerləşir.
İspaniya hərbi qulluqçularının İraqda hərbi missiyasının başlandığı 2014-cü ildən etibarən İraqın yeni təhlükəsizlik qüvvələrinin azı 5 min əməkdaşı burada təlim keçib. Bundan əlavə, İspaniya hərbçiləri təlim verdikləri bölmələrin bəzi hərbi əməliyyatlarını müşahidə ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid