CƏMİYYƏT
FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/1718523916302829038_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17185239166143114470_1200x630.jpeg)
Bakı, 16 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətinin AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 9M22Y 122mm-lik qrad mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.