Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bakı, 17 iyun, AZƏRTAC

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

AZƏRTAC xatırladır ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən son illər səhiyyədə aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il 9-u Bakı şəhərində, 12-si regionlarda olmaqla ümumilikdə 21 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb, 13 tibb müəssisəsində təmir-tikinti işləri başa çatdırılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib. 2023-cü ildə 1570 müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunub.

Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (2-si Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir: Psixi Sağlamlıq Mərkəzində və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında) psixoloji yardımın göstərilməsi davam etdirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə” şöbəsi və “Çağrı Mərkəzi” (9109 qısa nömrəsi) yaradılıb. Əsas məqsəd müharibə iştirakçıları və şəhid ailələri ilə aktiv və müraciət əsaslı kommunikasiyanın qurulması, həmin kateqoriyadan olanların psixoloji vəziyyətinin mütəmadi nəzarətdə saxlanılması, Səhiyyə Nazirliyinin birbaşa səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və izlənilməsi, ümumilikdə bu sahədə dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən vətəndaş məmnunluğunun artırılmasının təmin edilməsidir.

Hər il olduğu kimi, 2023-cü il ərzində də respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində məqsədyönlü profilaktik tədbirlər həyata keçirilib.

Nazirlər Kabinetinin 20 iyun 2023-cü il tarixli 508S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri davam etdirilib.

Həyata keçirilmiş genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2023-cü ildən etibarən ölkədə malyariyanın yerli yoluxma halları baş vermir.

Səhiyyə Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ölkə səviyyəsində COVID-19 xəstəliyi ilə bağlı risklərin qiymətləndirilməsi, epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, epidemioloji təhlilin aparılması, xəstələrin izlənilməsi və vaksinasiya tədbirlərinin idarə olunması nazirliyin sanitariya-epidemioloji xidməti tərəfindən həyata keçirilir.

2023-cü il ərzində təşkilati, sanitariya-gigiyenik və əks-epidemik tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin içməli su təchizatı, yaşayış məntəqələrinin sanitariya təmizlik vəziyyətinə, istirahət-çimərlik zonalarının yay mövsümünə hazırlıq vəziyyətinə, məcburi köçkünlərin yaşayış yerlərində sanitariya-gigiyena və əks-epidemik rejimin gözlənilməsi vəziyyətinə nəzarət işləri mütəmadi olaraq davam etdirilib.

Əhalinin həyat tərzinin milli xüsusiyyətləri nəzərə alınmaqla, içməli sudan səmərəli istifadə edilməsi, məişətdə gigiyenik tələblərin gözlənilməsi, sabunla əl yuma, bərk və maye tullantılarının kənarlaşdırılması zamanı ətraf mühitin qorunması ilə əlaqədar gigiyenik biliklərin artırılması üçün sanitariya-maarifləndirmə işləri həyata keçirilib.

“Heydər Əliyev: Səhiyyəmizin Beynəlxalq müstəvidə tanınmasına gedən yol”a həsr olunmuş “Kardiologiyanın aktual problemləri” elmi konqresi, “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktik konfransı, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin 2-ci beynəlxalq konqresi, Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu, 6-cı Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi, Bakı Ürək Günləri 8-ci Beynəlxalq konqresi, 6-cı Azərbaycan-Alman Türk Tibb Konqresi və s. kimi beynəlxalq səviyyəli tədbirlər keçirilib.

Ötən il oktyabrın 2-9-da Özbəkistanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası təşkil edilib. Tədbir çərçivəsində minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya, transplantologiya, travmatologiya və ortopediya üzrə birgə yüksək texnologiyalı əməliyyatlar aparılaraq ustad təlimlər (master-klas) verilib. Bunun davamı olaraq, hər iki ölkənin səhiyyə nazirlərinin iştirakı ilə oktyabrın 11-də səhiyyənin rəqəmsallaşması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq məsələlərinə dair Özbəkistan-Azərbaycan səhiyyə forumu təşkil edilib.

Noyabrın 13-18-də Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri zamanı ölkələrimiz arasında səhiyyə, tibb elmi, əczaçılıq və tibbi texnologiyalar sahəsində əməkdaşlığı ehtiva edən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” səhiyyə nazirləri tərəfindən imzalanıb.

Son illər Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə və s. istiqamətlərdə mühüm addımlar atılıb. Bundan əlavə, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Həmçinin, TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Yaxın gələcəkdə Azərbaycanda AI savadlılığı xarici dil bilikləri qədər vacib bacarıq hesab olunacaq

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək

WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək

“Azərkosmos” rəsmisi: Kosmik startapların inkişafı Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsas istiqamətlərindəndir

Qırmızı bazarda əkin sahələrinin istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılır

Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

Ziya Göyalp -150: fikirləri, irsi və Türk dünyası

Marko Rubio: Tramp İran məsələsini müzakirə edib, lakin Çindən kömək istəməyib

Türkmənistan Məclisinin sədri: Qarşılılıqlı səfərlər və sıx təmaslar münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri MEK-də olublar

Cənubi Qafqazın siyasi gündəmini artıq regional aktorlar müəyyənləşdirir - TƏHLİL

Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir

Müasir dövrün aktual şəhərsalma modelləri - yaz məktəbi

DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”

Böyük Britaniyanın səhiyyə naziri istefa verib

“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək

İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Vüqar Gülməmmədov Rusiyada forumda dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri barədə danışıb

Azərbaycan beynəlxalq hüququ bərpa etdi, ATƏT-in Minsk qrupu isə tarixin uğursuz missiyasına çevrildi - ŞƏRH

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 40 faizədək artıb

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib

Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara və Azərbaycanın dostlarına çağırış

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türkiyə Mərkəzi Bankı regiondakı gərginlik fonunda inflyasiya proqnozunu yüksəldib

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanlarında layihələrdə iştiraka çağırıb

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cənubi Afrika portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb

Qərbi Azərbaycan İcmasında kitab təqdimatı

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans YENİLƏNİB

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Fuad Aslanov: “Milli Kosmik İnkubasiya” proqramı ideyaların real həllərə çevrilməsi üçün platformadır

Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

® “Azercell” fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani irsi müasir dünyaya yeni baxış gətirir

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib

Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi?

“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

"EFES - 2026” təlimi davam edir

“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika?

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

Dövlət Agentliyinin nümayəndəsi: İqlim dəyişiklikləri tikinti təhlükəsizliyinə birbaşa təsir göstərir

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir

Türküstanda TDT Zirvə görüşü: Türk birliyi - XXI əsrin strateji layihəsi

Büdcə təşkilatlarında kağız blanklar elektronlaşdırılır

Cəmil Xudiyev: Müasir şəhərlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində layihələndirmə mərhələsi həlledici rol oynayır

Rəis müavini: Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır

Aleksandr Vatən: Əhmədiyyə Cəbrayılovun döyüş xatirələrini cəbhə yoldaşının dediklərinə istinadən yazdım

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Prezident ömrünün foto salnaməçisi

® “Express Business” tətbiqində yenilik!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı adına namizədlər açıqlanıb

Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin Baş Assambleyasında təmsil olunub

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

B.A.Babayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

Marko Rubio Çin Silahlı Qüvvələrini dünyanın ikinci ən güclü ordusu adlandırıb

Zəngilan və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində xüsusi yer tutacaq - ŞƏRH

Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir

Paytaxtda yeni işıqforlar istifadəyə verilib

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib

Günay Əfəndiyeva: “Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca əhəmiyyətlidir

Qarabağ ATƏT-in Minsk qrupunun ümidinə qalsaydı hələ də işğal altında olacaqdı - ŞƏRH

Polşalı arxeoloqlar Tunc dövrü ilə bağlı tədqiqatlarını təqdim ediblər

Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans

“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

“Redaktor” adlı televiziya layihəsinə başlanılır

Qəzza Sülh Şurası: Silahlı qruplaşmalar keçid dövrü hakimiyyəti ilə paralel fəaliyyət göstərə bilməz

“Turan”a Azərbaycan çempionluğunu qazandıran baş məşqçi ilə müqavilə yenilənib

Si Cinpin: “Çinin dirçəlişi” və “Amerikanı yenidən böyük et” təşəbbüsləri bir-biri ilə əlaqəli həyata keçirilə bilər

Qardabanidə baş verən yol qəzasında həyatını itirənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

Mark Rutte NATO müttəfiqlərini ÜDM-in 0,25 faizini Ukraynaya ayırmağa çağırıb

IRENA: Yaxın Şərqdən qaynaqlanan böhran bərpaolunan enerjiyə keçidi sürətləndirəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI