Türkiyə Mərkəzi Bankı regiondakı gərginlik fonunda inflyasiya proqnozunu yüksəldib
Ankara, 14 may, AZƏRTAC
Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan inflyasiya ilə bağlı yenilənmiş proqnozları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bank ölkədə 2026-cı il üzrə aralıq inflyasiya hədəf göstəricisini 16 faizdən 24 faizə yüksəldib. Bununla yanaşı, 2027-ci il üzrə aralıq hədəf göstəricisi 15 faiz, 2028-ci il üzrə inflyasiya proqnozu isə 9 faiz səviyyəsində müəyyənləşdirilib.
“Enerji daşıyıcıları və nəqliyyat xidmətlərinin qiymətlərindəki artım fonunda gərginlik və böhranların Türkiyəyə təsirinin sürətlə yayıldığının şahidi olduq. Hesab edirik ki, qısamüddətli perspektivdə inflyasiya təsirləri davam edəcək. Müharibənin sonrakı gedişatı həlledici əhəmiyyət daşıyacaq”, – deyə F.Karahan bildirib.
Mərkəzi Bankın rəhbəri qeyd edib ki, tənzimləyici qurum Türkiyədə qiymət sabitliyinin təmin olunması kimi əsas məqsədə uyğun olaraq bütün mövcud alətlərdən istifadəyə davam edəcək.