Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Tofiq Bəhramov adına Respublika Stadionunun yaradılmasının 75 illik yubileyi münasibətilə veteran futbolçular arasında yoldaşlıq oyunu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, matçda “Neftçi” (Azərbaycan) və “Vilnüs” (Litva) komandalarının veteran üzvləri üz-üzə gəliblər. Yubiley matçı “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1951-ci ildə stadionun təntənəli açılış mərasimində də məhz bu iki komanda qarşılaşmışdı.
Müxbir-Mikayıl Məmmədov