“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 3 oktyabr, AZƏRTAC
“Turan Tovuz” və “Fənərbağça” komandalarının nümayəndələri yoldaşlıq oyunundan öncə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Tovuz təmsilçisindən məlumat verilib.
Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.