Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Bildiyiniz kimi, hər il Gürcüstanda ənənəvi olaraq “Tbilisoba” bayramı keçirilir. Bu bayramda Gürcüstanda yaşayan milli azlıqlar da öz milli mədəniyyətlərini, incəsənət və milli mətbəx nümunələrini nümayiş etdirirlər. Biz də azərbaycanlılar olaraq, bayram çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkının yanında Azərbaycan guşəsi yaratdıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi meriyasında Milli Azlıqlar Şurasının azərbaycanlı üzvü, Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva söyləyib.
O deyib: “Tbilisoba” bayramı çərçivəsində yaradılmış Azərbaycan guşəsində milli mədəniyyətimizə, incəsənətimizə, musiqimizə və milli mətbəximizə aid nümunələr nümayiş etdirilir. Məqsədimiz Tbilisiyə gələn qonaqları Azərbaycanın zəngin mədəniyyəti ilə daha yaxından tanış etməkdir”.
Onun sözlərinə görə, Azərbaycan guşəsini Tbilisi meriyasının, sakrebulun nümayəndələri, parlamentin deputatları da ziyarət ediblər.