Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
Kiyev, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusuna məxsus hücum dronlarının buraxılış məntəqəsinə, komanda məntəqəsinə və keçid məntəqəsinə zərbələr endirib.
AZƏRTAC Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadla məlumat verir ki, Donetsk bölgəsində hücum dronlarının saxlanması, hazırlanması və buraxılış məntəqəsinə zərbə endirilib.
“Bu cür obyektlər prioritet hədəflər arasındadır. Sistematik məhvetmə Rusiya ordusunun Ukraynada mülki infrastrukturlara qarşı hücum dronlarından istifadə etmək qabiliyyətini azaltmaq məqsədi daşıyır”, - deyə Baş Qərargahın məlumatında qeyd edilib.
Bundan başqa Rusiya Federasiyasının Belqorod bölgəsindəki Novaya Tavoljanka yaxınlığında Ukrayna qüvvələri Rusiya ordusunun komanda məntəqəsinə, həmçinin Donetsk bölgəsindəki Novoşçevatoye yaxınlığında Mokri Yalı çayı üzərindəki keçid məntəqəsinə, eyni zamanda, Xerson bölgəsindəki Xromivka yaxınlığında Rusiya ordusuna məxsus təmir bazasına zərbələr endirilib.
Ukrayna qüvvələri Belqorod bölgəsindəki Voznesenivka yaxınlığında Rusiya hərbi logistikasına da hava hücumu edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [16:25]
İsraildə seçici fəallığı səsvermə müddətinin uzadılmasına səbəb olub
- 27.10.2026 [16:06]
BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir
- 27.10.2026 [16:04]
Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb
- 27.10.2026 [16:03]
Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
- 27.10.2026 [15:59]
Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir
- 27.10.2026 [15:58]
Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir
- 27.10.2026 [15:45]