Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı  ŞƏRH

Bakı, 3 oktyabr, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı olan hər bir əlamətdar hadisənin və tarixi günün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri, mühüm əhəmiyyəti var. Çünki Ulu Öndərin zəngin siyasi fəaliyyətinin ayrı-ayrı mərhələləri və onun adı ilə bağlı tarixi hadisələr Azərbaycanın taleyində mühüm dönüş nöqtələri kimi yadda qalıb. Bu hadisələrin hər biri həm sovet, həm də müstəqillik illərində Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyub. Ona görə 14 iyul, 15 iyun kimi tarixlər respublika ictimaiyyəti tərəfindən hər zaman böyük minnətdarlıqla xatırlanır və qeyd olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 1993-cü il oktyabrın 3-ü də ən əlamətdar günlərdən biri kimi müasir dövlətçilik tariximizdə xüsusi yer tutur. Məhz həmin tarixdən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqilliyin etibarlı təməllərinin yaradılmasına, sosial-iqtisadi tənəzzülün aradan qaldırılmasına, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna xidmət edən islahatların həyata keçirilməsinə başlanıldı.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 33 il əvvəl Azərbaycan Prezidenti seçilməsi Ulu Öndərə olan ümumxalq inamının və etimadının seçki yolu ilə təsdiqi idi. Bundan bir neçə ay əvvəl Ulu Öndər Heydər Əliyev xalqın təkidli istək və arzusu ilə Naxçıvandan Bakıya gəlmiş, respublikamızı məhvə aparan siyasi-hərbi proseslərin qarşısını müdrikliyi, dühası və iradəsi ilə almış, anti-Azərbaycan dairələrin planlarını iflasa uğratmışdı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin qısa müddətdə həyata keçirdiyi tədbirlər göstərirdi ki, qətiyyətli və güclü liderin rəhbərliyi ilə mürəkkəb siyasi-hərbi gərginliyə son qoymaq, sabitliyi təmin etmək, dövlət idarəçiliyini möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafının möhkəm təməlini yaratmaq mümkündür. Ona görə 1993-cü ilin oktyabrına təyin olunan prezident seçkilərində də xalqın namizədi Ümummilli Lider Heydər Əliyev idi. Seçki günü səsvermənin nəticələri də bunu təsdiq etdi.

Heydər Əliyevin Prezident seçilməsi xalqın iradəsinin və etimadının ifadəsi idi

“1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri həm də müstəqil Azərbaycanın ilk demokratik seçkisi kimi tarixə düşdü və bununla da respublikamızda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin əsası qoyuldu. Bu mənada həmin seçki xalqımız üçün mühüm tarixi hadisə, eyni zamanda, inkişafa və güclü Azərbaycan dövlətçiliyinə gedən yolun ilk siyasi pilləsi idi. Artıq 1993-cü ilin payızından etibarən Azərbaycanda cərəyan edən bütün proseslər ölkəmizə güclü siyasi Liderin rəhbərlik etməsindən xəbər verirdi. O zaman Ulu Öndərin həyata keçirdiyi ilk təxirəsalınmaz tədbirlərdən biri vahid komandanlığa əsaslanan Azərbaycan Ordusunun yaradılması oldu. Məhz bunun sayəsində nəinki Ermənistanın daha da təcavüzkar planlarının qarşısı alındı, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımız işğaldan azad edildi”, - deyə X.Fətiyev vurğulayıb.

O diqqətə çatdırıb ki, Ulu Öndərin o zaman atdığı digər təxirəsalınmaz addım ölkədə sabitliyin bərqərar edilməsi oldu. Cəmiyyətdə qorxu və xof yaradan qanunsuz silahlı dəstələrin ləğv edilməsi, kriminogen vəziyyətin nəzarət altına alınması, dövləti cinayətlərdə əli olan şəxslərin hüquqi məsuliyyətə cəlb olunması ilə insanlar rahat nəfəs aldılar. 1994-cü ildə cəbhədə atəşkəsin elan olunması qarşıda duran ümummilli vəzifələrin daha sürətlə həyata keçirilməsinə əlverişli şərait formalaşdırdı. 1994-cü ilin sentyabrında Bakıda dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması, hüquqi, iqtisadi, sosial və aqrar islahatların həyata keçirilməsinə başlanılması, milli həmrəyliyin təmin olunması, xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi, bütün sahələrdə tərəqqiyə doğru dönüşün baş verməsi, respublikamızın beynəlxalq əlaqələrinin yaradılması, xarici siyasət kursunun müəyyən edilməsi Azərbaycanın artıq müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoyduğunu göstərirdi.

“Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 23 ildə böyük inkişaf yolu keçərək tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlib. Bu dövrdə respublikamızın qarşısında dayanan bütün milli vəzifələr layiqincə icra olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Azərbaycanın qazandığı ən böyük tarixi uğurlar isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsinin, arzularının real həyata vəsiqə almasının möhtəşəm təcəssümüdür”, - deyə Milli Məclisin deputatı əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər