Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib
Cəbrayıl, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl Şəhəri Günü ilə əlaqədar şəhərdə uşaqlar üçün tamaşa nümayiş etdirilib.
Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin akt zalında təqdim olunan səhnə əsəri məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Səyyar Kukla Teatrı”nın təqdim etdiyi tamaşada uşaqların yaş xüsusiyyətləri nəzərə alınıb. Səhnə əsərinin nümayişində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması və onların teatr sənətinə marağının artırılması olub.
Müxbir-Aydın Yavərzadə