Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
Qahirə, 3 oktyabr, AZƏRTAC
Yəmən hökuməti husilərin sentyabr ayında həyata keçirdiyi son hücumlar nəticəsində 250-dən çox mülki şəxsin öldüyünü, 360-dan çoxunun yaralandığını, təxminən 200 min insanın isə didərgin düşdüyünü açıqlayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hücumlar səhiyyə və təhsil obyektlərinə də ziyan vurub. Yəmənin insan hüquqları naziri Məşdəl Məhəmməd Ömərin sözlərinə görə, 26 tibb müəssisəsində xidmətlər dayanıb.
Nazir, həmçinin uşaqların silahlı münaqişəyə cəlb edilməsi, humanitar və BMT əməkdaşlarının girov tutulması, eləcə də beynəlxalq gəmiçiliyə təhlükələrin artması ilə bağlı narahatlığını ifadə edib.
Eyni zamanda, köçkün karvanının bombalanması nəticəsində 50 nəfərin öldüyü və yaralandığı bildirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]