Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında səkkizdəbir finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız onaltıdabir finalda çilili Mari Di Varqas Leydən üstün olub.
K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.