Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız onaltıdabir finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovdan üstün olsa da, növbəti raundda ABŞ-dən olan Conatan Yanqa məğlub olub.
Bununla da Balabəy Ağayev üçün mundiala erkən başa çatıb.