Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-nin elektron pul təşkilatı lisenziyaları ləğv edilib.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 13 may tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” MMC-yə 2025-ci il 9 aprel tarixli EPT-019 nömrəli, “Greentek Group” MMC-yə 2024-cü il 18 sentyabr tarixli EPT-013 nömrəli, “Guavapay” MMC-yə 2025-ci il 9 aprel tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [17:07]
Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb
- 14.05.2026 [16:54]