Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir
Bakı, 14 may, AZƏRTAC
Çin hakimiyyəti Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu “NBC News” telekanalına müsahibəsində deyib. “Düşünürəm ki, Pekin Tayvanın könüllü şəkildə Çinə birləşməsini üstün tutur. İdeal dünyada onlar bunun səsvermə və ya referendum yolu ilə həllini arzulayardılar”, - deyə Birləşmiş Ştatların Dövlət katibi bildirib.
Marko Rubio, eyni zamanda, vurğulayıb ki, Tayvan məsələsinin güc yolu ilə həllinə çalışmaq “dəhşətli bir səhv olardı” və bütün dünyada mənfi nəticələrə gətirib çıxarardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [15:16]
İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb
- 14.05.2026 [14:43]
Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub
- 14.05.2026 [14:38]