DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər
Bakı, 14 may, AZƏRTAC
"Rəqəmsal Konvergensiya Təşəbbüsü” çərçivəsində SocialProtection.org platformasının təşkilatçılığı ilə “Süni zəkaya hazırlıq: Sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda məlumat hazırlığı və məlumat bazasının əsasları, hüquqi və normativ çərçivələr, idarəetmə və institusional potensial, süni zəkanın tətbiqinə zəif hazırlığın mümkün riskləri və erkən xəbərdarlıq əlamətləri müzakirə olunub.
Həmçinin qurumların məsuliyyətli və effektiv süni zəka tətbiqinə hazırlığının qiymətləndirilməsi üçün praktik alətlər haqqında danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:44]
Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirici aksiya
- 14.05.2026 [18:01]
İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
- 14.05.2026 [17:59]
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb
- 14.05.2026 [17:35]
Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa
- 14.05.2026 [17:32]
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı
- 14.05.2026 [17:04]
Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib
- 14.05.2026 [16:58]