Qardabanidə baş verən yol qəzasında həyatını itirənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Tbilisi, 14 may, AZƏRTAC
Gürcüstanın Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində, Qardabani-Rustavi mərkəzi yolunda baş verən yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, idarəetməni itirən “BMW X5” markalı avtomobil əvvəlcə yolkənarında olan iki gənci vurub, sonra ağaca çırpılıb. Bu zaman avtomobildə olan 6 nəfərdən 5-i hadisə yerində dünyasını dəyişib, 1-i xəstəxanaya aparılıb.
12:06
Bu gün Gürcüstanın Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində, Qardabani-Rustavi mərkəzi yolunda yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, “BMW X5” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 6 nəfərdən 5-i hadisə yerində dünyasını dəyişib, 1-i xəstəxanaya aparılıb.
İlik olaraq, qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Halların İdarəolunması Xidmətinin xilasediciləri və təcili yardım briqadaları cəlb edilib.
Hazırda hadisənin baş verdiyi yol bağlıdır.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [16:06]
Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir
- 14.05.2026 [15:16]
İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb
- 14.05.2026 [14:43]
Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub
- 14.05.2026 [14:38]