Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 40 faizədək artıb
Bakı, 14 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında neft-qaz sektoruna 2 milyard 63,1 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 39,7 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 454,9 milyon manat səviyyəsində olub.