Marko Rubio Çin Silahlı Qüvvələrini dünyanın ikinci ən güclü ordusu adlandırıb
Bakı, 14 may, AZƏRTAC
Çin son on ildə Silahlı Qüvvələrinin gücünü görünməmiş templə artırır və hazırda dünyanın ikinci ən güclü ordusuna malikdir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu “NBC News” telekanalına müsahibəsində deyib.
“Son on ildə Çin ordusunun gücü misli görünməmiş sürətlə artır. Onun nə qədər sürətlə böyüdüyünü və nə qədər böyük olduğunu görməzlikdən gəlmək olmaz. Şübhəsiz ki, onlar dünyanın ikinci ən güclü ordusudur”, - deyə Birləşmiş Ştatların Dövlət katibi bildirib.
Marko Rubionun sözlərinə görə, Pekinin bütün dünyada güc nümayiş etdirmək ambisiyaları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [16:06]
Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir
- 14.05.2026 [15:16]
İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb
- 14.05.2026 [14:43]
Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub
- 14.05.2026 [14:38]