Marko Rubio: Tramp İran məsələsini müzakirə edib, lakin Çindən kömək istəməyib
Vaşinqton, 14 may, AZƏRTAC
"Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur".
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio “NBC News”a verdiyi müsahibədə deyib.
O, Çində yüksəksəviyyəli görüşdə Trampın İran məsələsini müzakirə etdiyini, lakin Çindən kömək istəmədiyini vurğulayıb. Çinin İranın nüvə silahına sahib olmaması məsələsində ABŞ ilə razılaşdığını və görüşlərdə bunun müzakirə edildiyini bildirib.
O əlavə edib ki, Çin tərəfi görüşlərdə Hörmüz boğazının hərbiləşdirilməsinin və ödəniş sisteminin tərəfdarı olmadığını bəyan edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]