İDMAN
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 8-də İspaniya La Liqasının 15-ci turunda çempionatın lideri “Barselona” Kataloniya derbisində “Espanyol” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüş “Barselona”nın 0:4 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın heyətində Lionel Messi (17, 65), Osman Dembele (26) və Luis Suares (45) fərqləniblər.
Gün ərzində oynanılan digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
“Leqanes” – “Xetafe” - 3:1;
“Atletiko Madrid” – “Deportivo Alaves” - 3:0;
“Valensiya” – “Sevilya” - 1:1;
“Vilyareal” – “Selta Viqo” – 2:3.
“Barselona”nın əzəli rəqibi “Real Madrid” dekabrın 9-da səfərdə “Hueska”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə 19:15-də oynanılacaq.
“Barselona” 31 xalla İspaniya La Liqasında liderliyini davam etdirir. “Sevilya” və “Atletiko Madrid”in 28, “Deportivo Alaves”in 24 xalı var. Hazırda aktivində 23 xal olan “Real Madrid” komandası “Hueska” səfərində qalib gələrsə və ya heç-heçə edərsə dördüncü pilləyə yüksələcək.