İDMAN


İspaniya La Liqası: “Real Madrid” mövsümü məğlubiyyətlə başa vurub

Bakı, 19 may, Nicat Məmmədov, AZƏRTAC.

Mayın 19-da İspaniya La Liqasının sonuncu - 37-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, La Liqanın favoritlərindən sayılan “Real Madrid” doğma azarkeşlər önündə “Real Betis” klubunu qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sevilyanın təmsilçisi hər iki qolu matçın ikinci dəqiqəsində vurub. Oyunda Loren Moron (61) və Xese (78) fərqləniblər.

Beləliklə, “Real Madrid” çempionatda 68 xal toplayaraq üçüncü, “Real Betis” isə 50 xalla 10-cu yeri tutub.

Sonuncu tura saat 18:15-də baş tutacaq “Eybar” - “Barselona” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.