DÜNYA


İspaniya ordusu sıralarında ilk qadın general ola bilər

Madrid, 2 noyabr, AZƏRTAC

2019-cu ilin iyulundan sonra İspaniya ordusu tarixində ilk dəfə olaraq qadın hərbçi kadra general rütbəsi verilə bilər. Hazırda İspaniya Silahlı Qüvvələri tərkibində yeganə qadın polkovnik olan Patrisiya Orteqa bu yaxınlarda ixtisasartırma kurslarına göndəriləcək və bu kursları uğurla başa vurduğu təqdirdə ona general rütbəsi veriləcək.

İspaniyanın rəsmi ordu bülletenində dərc olunan məlumatda bildirilir ki, general rütbəsi almaq şansı olan 43 polkovnik arasında P.Orteqa zərif cinsin yeganə nümayəndəsidir.

İspaniyanın müdafiə naziri Marqarita Robles dəfələrlə bəyan edib ki, ölkənin ordusunda peşəkar status daşıyan qadınların payı cəmi 12,7 faiz təşkil edir və inkişaf etmiş cəmiyyət üçün bu göstərici qənaətbəxş deyil.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.