MƏDƏNİYYƏT


İspaniyanın iki turizm istiqaməti 2020-ci ilin ən populyar siyahısında yer alıb

Madrid, 12 sentyabr, AZƏRTAC

“Tripadvisor” portalı “Travelers 'Choice Awards 2020” reytinqini tərtib edib. Buraya 2020-ci ilin ən populyar turizm istiqamətləri daxil edilib.

AZƏRTAC xəbər verir ki, İspaniya Avropa siyahısında iki istiqamətlə təqdim olunub. Reytinqin 6-cı pilləsində Mayorka qərarlaşıb. Tenerife adası isə 13-cü yeri tutub.

35 ən yaxşı turizm istiqamətinin siyahısında İstanbul 8-ci, Manavqat – 27-ci, Antalya isə 29-cu pillədədir.

Reytinqə London başçılıq edir, ikinci və üçüncü yerləri isə Paris və Krit bölüşürlər.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.