Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İsrail mütəxəssisləri Azərbaycanda narçılığın inkişafı üçün seminar təşkil edib

Göyçay, 24 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və İsraildən olan mütəxəssislərin iştirakı ilə Göyçay və ətraf rayonlarda narçılıqla məşğul olan fermerlər, bağbanlar, aqronomlar, xarici ölkələrə nar ixrac edən iş adamları üçün “İxraca hazır ol” mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Göyçay Gənclər Mərkəzində keçirilən seminarda İsrailin ölkəmizdəki səfiri Dan Stav iki ölkə arasında müdafiə, iqtisadiyyat, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı atdığı addımları gördükdə düşündük ki, bu bizim üçün də yaxşı bir imkandır və iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrimizi genişləndirək, xüsusən də narçılıq sahəsində əməkdaşlıq edək”, - deyə səfir bildirib.

O, İsraildən Azərbaycana gələn narçılıq mütəxəssislərinin ölkəsində tanınmış şəxslər olduğunu, onların nar bağlarına yüksək qulluq etmək və ziyanvericilərlə mübarizə aparmaq sahəsində yaxşı bacarığa malik olduğunu bildirib: “Azərbaycanın münbit torpağı, su ehtiyatları mövcuddur, burada zəhmətkeş insanlar çoxdur. Ümid edirəm ki, bu seminar uğurlu əməkdaşlığımızın ilk addımı olacaq və bizim mütəxəssislər yerli bağbanlarla birləşib Azərbaycanda narçılığın inkişafına tövhə verə biləcəklər”.

Seminarda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov Azərbaycanda yetişdirilən nar dadına və keyfiyyətinə görə digər ölkələrdəkindən tam fərqləndiyin deyiblər. Bildirilib ki, Azərbaycan narı bir çox üstünlərinə görə dünya bazarında böyük alıcılıq qabiliyyətinə malikdir. Ölkəmizdə nar istehsalının daha da artırılması və ixracın genişləndirilməsi üçün təşkil olunan bu seminarda Göyçayın bütün kəndlərində ixracyönümlü məhsul olan narın yetişdirildiyi, kəndlilərin bu sahəyə böyük marağının olduğu, rayon bağbanları üçün ən gəlirli sahə hesab edildiyi və məhsulun böyük bir hissəsinin Rusiyaya ixrac olunduğu qeyd edilib.

Məlumat verilib ki, nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Azərbaycanda mövcud olan nar bağlarının təxminən 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi uzun illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. 2006-cı ildən bəri hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir. Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Ötən il Göyçayda 48 min 500 tona yaxın nar istehsal olunub və məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb.

İsrail mütəxəssisləri əvvəlcə Göyçayda mövcud nar bağları ilə tanış olub, ağacların becərilməsi, məhsulun yetişdirilməsi qaydaları ilə maraqlanıblar. Sonra mütəxəssislər İsraildə ixracyönümlü narın yetişdirilməsi üçün hansı tədbirlərin görülməsi barədə yerli bağbanlara məlumat veriblər. Seminar iştirakçılarına yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiq edilməsi, yüksək keyfiyyətli tingçilik təsərrüfatlarının yaradılması, tinglərin xarici bazarlarda satılması, damlama suvarma sistemlərinin tətbiq edilməsi, nar bağlarında ekoloji təmiz və yüksək keyfiyyətli texnikalar vasitəsilə aqrotexniki qulluğun aparılması, məhsulun tələf olmaması üçün ziyanvericilərə qarşı mübarizə yolları barədə ətraflı məlumat verilib.

Seminarda yerli və xarici bazarlara keyfiyyətli məhsulların davamlı olaraq çıxarılması üçün kooperativlərin yaradılması və “Azərbaycan narı” brendini yaratmaqla məhsulların satışının vahid brend altında həyata keçirilməsi barədə danışılıb.

Sonda narçılıqla məşğul olan insanlar nar bağlarında səmərəli gübrələmə yolu ilə orqanik gübrələmə metoduna keçidin təmin olunması, zərərvericilərə qarşı təkmil mübarizə yolları, nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması, yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirilib, onlara məlumat kitabçaları paylanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək