DÜNYA


İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

Bakı, 11 iyul, AZƏRTAC

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıb. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.

Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.