DÜNYA


İsrailə məxsus pilotsuz təyyarə Suriya ərazisinə düşüb

İsrailə məxsus pilotsuz təyyarə Suriya ərazisinə düşüb

Bakı, 22 mart, AZƏRTAC

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Suriya ərazisinə düşüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun tviter hesabında paylaşım edilib.

Məlumata görə, PUA adi uçuş zamanı Suriya ərazisinə düşüb.

Bu məlumatın sızma qorxusunun olmadığı, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.