DÜNYA


İstanbulda baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub

İstanbul, 27 may, AZƏRTAC

İstanbulun Kadıköy rayonunda yaşayış olmayan binada baş verən yanğının ətrafdakı binalara da keçməsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının yayıldığı binaların üst mərtəbələrində yaşayan sakinlər xilasedicilərin köməyi ilə təxliyə ediliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.