DÜNYA
İstanbulda güclü külək səbəbindən yük gəmisi saya oturub
İstanbul, 29 yanvar, AZƏRTAC
İstanbulun Zeytunburnu rayonu sahillərində Komor Adaları bayrağı altında üzən “Streamline” adlı yük gəmisi saya oturub.
İstanbul Valiliyinin açıqlamasında bildirilir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, gəminin saya oturmasına bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Morini limanında qeydiyyatda olan gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus xilasedici gəmilər cəlb olunub. Xilasetmə işləri davam etdirilir.
Mərmərə dənizində yaranan şiddətli fırtına səbəbindən İstanbulda bəzi gəmi səfərləri təxirə salınıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [12:46]
Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb
- 10.05.2024 [12:33]
Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub
- 10.05.2024 [12:04]
Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib
- 10.05.2024 [11:55]
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
- 10.05.2024 [11:38]
Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb
- 10.05.2024 [11:25]
Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir
- 10.05.2024 [11:25]
Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq
- 10.05.2024 [11:01]