DÜNYA
İstanbulda iki pandemiya xəstəxanası inşa ediləcək
İstanbul, 6 aprel, AZƏRTAC
İstanbulun Atatürk və Sabiha Gökçən hava limanları ərazilərində pandemiya xəstəxanaları inşa ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.
Qeyd edilib ki, hər biri min palatadan ibarət xəstəxanaların inşasının 45 gün ərzində tamamlanması planlaşdırılır.
Ölkədə 20-65 yaşarası vətəndaşlara tibbi maskaların ödənişsiz verildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisində maska satışının qadağan olunduğunu bildirib.
Türkiyə dövlətinin başçısı ölkədə başladılan Milli Həmrəylik Kampaniyası çərçivəsində indiyədək 1 milyard 500 milyon, SMS yolu ilə isə 43 milyon vəsaitin toplandığını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [12:55]
Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb
- 10.05.2024 [12:46]
Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb
- 10.05.2024 [12:33]
Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub
- 10.05.2024 [12:04]
Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib
- 10.05.2024 [11:55]
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
- 10.05.2024 [11:38]
Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb
- 10.05.2024 [11:25]