ELM VƏ TƏHSİL
İstanbulda keçirilən simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət ediblər
Bakı, 22 oktyabr, AZƏRTAC
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda oktyabrın 21-22-də keçirilən simpoziumun iştirakçıları Azərbaycan ictimai fikir tarixinin böyük nümayəndələrindən biri, görkəmli publisist, tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun məzarını ziyarət ediblər.
Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpozium bu gün öz işini panellərlə davam etdirir.
Konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.
Xatırladaq ki, “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” simpoziumu sentyabrın 19-20-də Azərbaycan İlahiyyat İnstitutunda eyni mövzuda keçirilmiş elmi konfransın davamıdır. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil olunub.