DÜNYA


İstanbulun yeni aeroportunda TEKNOFEST-un açılışı olub

İstanbul, 19 sentyabr, AZƏRTAC

İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı, Texnologiyalar Festivalının (TEKNOFEST) açılışı olub.

AZƏRTAC xəbər verir ki, İstanbulun üçüncü Yeni Hava Limanında təşkil olunan festivalda Türkiyənin qabaqcıl texnologiyaları, o cümlədən aviasiya və elektronika şirkətlərinin istehsal və istifadə etdikləri məhsul və avadanlıqlar nümayiş etdirilir. Sentyabrın 23-dək davam edəcək festivala 100 mindən çox ziyarətçi qatılacaq.

Qeyd edək ki, festival münasibətilə Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları” sentyabrın 19-da İstanbul boğazının səmasında möhtəşəm uçuşlar həyata keçiriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.