CƏMİYYƏT
İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 22 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqaza səyahət edənlər üçün fevralın 23-24-də olan hava şəraitini açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, şənbə və bazar günləri bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək, havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti olacağı ehtimal edilir.
Aran rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir, gün ərzində temperatur 10-15 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti olacaq.
Departament paytaxta gələn qonaqların nəzərinə çatdırır ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.