CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 11-12-nə səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində avqustun 11-də qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Avqustun 12-də hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin arabir yağışlı olacağı, avqustun 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-32 dərəcə isti olacağı bildirilir.

Aran rayonlarında avqustun 11-i gündüz və 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 28-33 dərəcə isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır.

Paytaxtda avqustun 11-də arabir güclənən qərb küləyi avqustun 12-də şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, avqustun 11-də gündüz və 12-də əsasən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 23-27 dərəcə isti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.