Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İsveçrənin gözəllikləri: Lütsern

Bakı, 6 noyabr, AZƏRTAC

Lütsern Pilatus dağının ətəyində, eyniadlı gölün sahilində yerləşən şəhər, müvafiq almandilli kantonun paytaxtı və İsveçrənin turizm mərkəzlərindən biridir. Lütsernin tarixi hissəsinin arxitekturasından zövq almaq, özünü kulinariya yenilikləri ilə sevindirmək, təbiətin qoynuna səyahət etmək və Lütsern gölündə bərə gəzintisinə çıxmaq üçün hər il bura təqribən 9 milyon turist gəlir.

Lütserndə keçirdiyimiz iki gün ərzində biz də macal tapıb bütün bu sadalananları etməyə çalışdıq.

Təyyarə, qatar və bərə ilə

Azərbaycan ilə İsveçrə arasında birbaşa hava nəqliyyatı hələlik yoxdur. Lakin bəzi aviaşirkətlər tranzit reyslər təklif edirlər. Onlardan biri Latviyanın "airBaltic" milli aviadaşıyıcısıdır. Aviaşirkət aprel ayından oktyabr ayınadək olan dövrdə həftədə iki dəfə Bakıdan Riqaya təqribən 3 saat 50 dəqiqə çəkən reyslər həyata keçirir. "airBaltic" Riqadan Avropa, o cümlədən Skandinaviya, habelə MDB və Yaxın Şərq ölkələrini əhatə edən 70-dən çox istiqamətdə uçuşlar yerinə yetirir.

Lütsernə getmək üçün əvvəlcə Sürixə uçmaq (2,5 saat), oradan səyahəti qatarla davam etdirmək lazımdır. "airBaltic" sərnişinlərinə dadlı qəlyanaltı və isti yeməklər təklif olunur. Qidalanma biznes-klas biletlərinin qiymətində nəzərdə tutulub, ekonom-klasla uçan sərnişinlər yeməyin haqqını ayrıca ödəməlidirlər. Bundan əlavə, sərnişinlər uçmazdan əvvəl aviaşirkətin saytında (https://www.airbaltic.com/en/inflight-meals) özlərinə menyu sifariş edə bilərlər. Arzu edənlərin uçuş zamanı alış-verişlə məşğul olmaq imkanları da var. Axı "airBaltic" jurnalında münasib qiymətlərlə geniş çeşiddə məhsullar təqdim edilib.

Sürix aeroportundan dəmir yolu platformasına birbaşa yol var. Oradan qatarlar müxtəlif istiqamətlərdə İsveçrə və Avropa boyu, o cümlədən Lütsern istiqamətində hərəkət edir. İsveçrədə qatarlar səssiz və rahatdır, çox vaxt ikimərtəbəlidir, birinci və ikinci klaslara ayrılan kupeləri, tualetləri və vaqon restoranı var. Məlumdur ki, Avropa şəhərlərinin əksəriyyətində dəmir yolu vağzalları şəhərin mərkəzində yerləşir. Lütsern istisna deyil. Burada da qatarlar düz şəhərin mərkəzinə gəlir. Bu da çox rahatdır, çünki şəhərin əsas yerlərinə piyada və ya ictimai nəqliyyatla getmək olar.

Təyyarədən düşüb qatarla Lütsernə gəldik. Lütserndən otelimizin yerləşdiyi Vitznauya bərə ilə getməli idik. Müntəzəm işləyən bərələr İsveçrənin ictimai nəqliyyatının bir hissəsidir. Bərələr sərnişinləri təyinat yerinə çatdırmaq üçün ayrıca haqq müqabilində müxtəlif kruizlər təklif edir, o cümlədən onları yeməklə təmin edir.

Qatarlarda olduğu kimi, burada da xidmət birinci və ikinci klaslara bölünür. Birinci və ikinci klas sərnişinlərinə fərqli xidmət göstərilir. Məsələn, birinci klas sərnişinləri üçün ayrıca masalar nəzərdə tutulub. Sərnişinlər təmiz hava almaq, gözəl mənzərələri seyr etmək üçün göyərtəyə çıxırlar.

Lütserndən Vitznauyadək 50 dəqiqəlik yol hiss olunmadan keçdi.

Vitznau

Vitznau Lütsern gölünün sahilində yerləşən kiçik kommunadır. Yeri gəlmişkən, İsveçrədə bu gölü Firvaldşted (Vierwaldstättersee) də adlandırırlar. Bu da alman dilindən tərcümədə "dörd meşə kantonunun gölü" deməkdir. Belə ki, əvvəllər onun sahilində dörd kanton – Uri, Şvids, Untervalden və Lütsern yerləşib.

Lütsern dairəsinə daxil olan Vitznau kommunasında 2019-cu ilin vəziyyətinə görə 1465 nəfər əhali yaşayır. Burada bir sıra otellər və restoranlar, çoxsaylı evlər yerləşir. Vitznau Mərkəzi İsveçrənin heyrətamiz təbiət mənzərələri ilə göz oxşayan ideal çıxış məntəqəsidir. Rigi dağının zirvəsinə doğru hərəkət edən "Vitznau-Rigi-Bahn" dəmir yolunun son stansiyası məhz burada yerləşir.

Otelimiz bərələrin yan aldığı göl vağzalının bir-iki addımlığındakı yaşıllıq ərazidə, praktiki olaraq, gölün sahilində yerləşir.

"Hotel Vitznau Park"

"Park Hotel Vitznau" mehmanxanasının 100 illik tarixi var. Lakin bu yaxınlarda aparılan bərpa işləri nəticəsində otel ultramüasir kompleksə çevrilib. Burada müsafirlərə hər cür rahatlıq yaradılıb. Təkcə nömrələrin qapılarındakı kilid sistemləri nəyə desən dəyər. Digər otellər üçün adi olan maqnit kartlar yerinə burada müsafirlərə içərisinə ötürücülər quraşdırılmış miniatür breloklar verilir. Müsafir nömrəsinə yaxınlaşan kimi qapı avtomatik açılır. Tarixi binanın interyerlərinin dəbdəbəli dekorasiyası ilə gözəl vəhdət təşkil edən qabaqcıl texnologiyalar oteldə keçirdikləri bütün müddət ərzində qonaqları müşayiət edir. Nömrələr işıqlandırmanı, pərdələri və multimedianı idarə edən "ağıllı ev" sistemi ilə təchiz edilib.

Lakin göz işlədikcə uzanan Lütsern gölünə otelin pəncərələrindən açılan valehedici mənzərə onun əsas üstünlüyüdür. Uzaqdan görünən Alp dağlarının qarlı zirvələri sanki mavi duman içərisində əriyib yoxa çıxır. Sırf İsveçrəyə xas olan bu mənzərəni başqası ilə səhv salmaq əsla mümkün deyil. Gölün suyu tərtəmizdir, burada müxtəlif balıqlar üzür, onun səthi isə su quşlarının sevimli məkanıdır.

Açıq və qızdırılan hovuzu olan spa-kompleks və mini-bar, buxar hamamı, fin saunası, sanarium (saunanın yumşaq forması), masaj və prosedur otaqlarından istifadə nömrənin qiymətinə daxildir.

"Park Hotel Vitznau" otelində fəaliyyət göstərən hər iki restoranın Mişlen ulduzu var. Oteldə İsveç masası yalnız səhər yeməyi üçün nəzərdə tutulub. Nahar və şam yeməyi menyudan yemək seçməyi nəzərdə tutan fərdi xidmət prinsipi üzərində qurulub.

Səyyahlar Vitznauda ruhən və cismən dincələndən sonra kantonun paytaxtı Lütsernə yola düşürlər. Bunun üçün yenə də sərnişin bərəsindən istifadə etmək lazımdır. Bərə heç bir saat keçməmiş bizi Lütsernin mərkəzinə çatdırır.

Qədim şəhər

Lütsern tarixi görməli yerlərlə zəngin olan qədim şəhərdir. Kapelbryukke körpüsü, Vasserturm qalası, Şproyer körpüsü, KKL Mədəniyyət və Konfrans Mərkəzi və digər çoxsaylı tikililər Lütsernin şəhər mənzərəsinin ən gözəgəlimli obyektləridir. Qədim şəhəri piyada dolaşaraq öyrənmək daha yaxşıdır. Onda maraqlı nə varsa hamısını görmək şansınız daha yüksəkdir.

Qədim "Saat körpüsü" və ya Kapelbryukke başlanğıcını Firvaldştet gölündən götürən, məcrası Lütsernin mərkəzindən keçən Roys çayı üzərində 1365-ci ildə salınıb. Uzunluğu 204 metr olan bu taxta körpü Avropanın ən qədim örtülü körpüsüdür. Damı kirəmitlə örtülmüş bütün körpü boyu gül-çiçək bitən kaşpolar asılıb. Yaxınlıqdakı 34 metr hündürlüyündə Su qülləsi ondan 65 yaş qocadır. Müxtəlif dövrlərdə ondan gah zindan, gah keşikçi qülləsi, gah da yanğın vışkası kimi istifadə olunub. Yeri gəlmişkən, 1993-cü ildə körpü, demək olar, tamamilə yanıb külə dönüb, lakin sonralar bərpa olunub.

Ratuşa və Muzeqqmauer

Lütsern Şəhər Ratuşasının renessans üslubunda inşa edilmiş, uca saat qülləsi olan binasının bir vaxtlar taxıl anbarı olması inanılmazdır. Buna baxmayaraq, şəhərin ən qədim meydanlarından birində - Kornmarktda ("Taxıl bazarı") yerləşən ratuşa binasında XVI əsrdə taxıl anbarı yerləşib. Hazırda burada tarix muzeyi fəaliyyət göstərir. Muzeydə o dövrün həqiqi atmosferi yaradılıb. Odur ki, bura gələn ziyarətçilər əvvəllər məmurların necə işlədiklərini görə bilərlər.

Kornmarkt meydanında diqqəti təkcə ratuşa binası deyil, həm də onun ətrafında yerləşən tarixi gildiya evləri cəlb edir. Gildiya evləri arasında gəzişərək Roys çayının sahilinə çıxırsan. Burada çoxsaylı kafe və restoranlar yerləşir. Bulvar şəhər sakinlərinin və turistlərin sevimli gəzinti yeridir.

Şproyerbryukke Lütsernin daha bir tarixi körpüsüdür. Dəyirman meydanına (Muhlenplatz) aparan bu körpünün adı da məhz elə dəyirmanla bağlıdır. Qədim vaxtlarda burada böyük yarmarkalar keçirilirmiş. Hazırda fəvvarə və kafesi olan, xüsusi ab-havası ilə seçilən bu körpü bütün perimetri boyu turistləri cəlb edir. Buradan şəhərin bəzi görməli məkanları, məsələn, qala divarının bürclərindən biri aydın görünür.

İsveçrənin digər şəhərlərində orta əsrlərə aid qala divarlarının praktiki olaraq qalmadığı bir vaxtda, Lütserndə Muzeqqmauer qala divarının 870 metrlik fraqmenti salamat qalıb. Özü də bu, Avropanın yaxşı vəziyyətdə qalmış ən uzun qalasıdır. Qala divarı 9 qədim bürcü birləşdirir. Hündürlüyü 31 metr olan Tsayt qala bürcü onların ən məşhurudur. Bu bürcdəki qədim saatın vaxtı şəhərin o biri saatlarından bir dəqiqə tez göstərmək kimi eksklüziv hüququ var!

Ardı var...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub