İDMAN


İtaliya A Seriyasının 14-cü turuna yekun vurulub

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 3-də İtaliya A Seriyasının 14-cü turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Olimpiko" stadionunda keçirilib. "Roma" klubu "İnter" komandasını qəbul edib. Görüşdə qalib müəyyənləşməyib (2:2). Bu heç-heçədən sonra xalların sayını 29-a çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. "Roma" isə 20 xalla yeddinci yerdədir.

Milan şəhərinin digər təmsilçisi "Milan" çempionatın autsayderi "Kyevo" klubunu "San Siro" stadionunda qəbul edib. Qonaqlar 49-cu dəqiqədə Roberto İnglesin qolu ilə önə keçsə də, ardıcıl iki qol vuran milanlılar oyunda qələbəni təmin ediblər. "Rossoneri"lərin heyətində Patrik Kutrone (55) və Frank Kessie (71) fərqləniblər.

Turun digər maraq doğuran oyunu "Artemio Françi" stadionunda oynanılıb. "Fiorentino" doğma azarkeşlər önündə lider "Yuventus"u qəbul edib. Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qoca sinyora"nın heyətində Roberto Bentankur (31), Jorje Kiellini (69) və Kriştiano Ronaldo (79 - penalti) fərqləniblər. Bu, "Yuventus" klubunun cari mövsümdə 14 turdan sonra on üçüncü qələbəsidir.

Turun açılış oyununda "Empoli" səfərdə SPAL-ın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

On dördüncü turun digər oyunlarda növbəti nəticələr qeydə alınıb:

"Torino" - "Genoa" - 2:1

"Frosinone" - "Kalyari" - 1:1

"Sassuolo" - "Udineze" - 0:0

"Sampdoriya" - "Bolonya" - 4:1.

Qeyd edək ki, tura "Atalanta" - "Napoli" oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.