İDMAN


İtaliya A seriyasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

İtaliya A seriyasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Milan”ın hücumçusu Rafael Leao mövsümün ən yaxşı oyunçusu seçilib. İyirmi iki yaşlı futbolçu başa çatan mövsümdə 34 oyunda 11 qol vurub, 10 qolun ötürməsini edib.

“Milan” 11 ildən sonra bu mövsüm İtaliya çempionatının qalibi olub.

Xatırladaq ki, sözügedən klubun çalışdırıcısı Stefano Pioli isə ən yaxşı məşqçi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.