İDMAN


İtaliyada keçirilən Formula 1 üzrə Emiliya-Romanya Qran-Prisinə yekun vurulub

Bakı, 24 aprel, AZƏRTAC

İtaliyada keçirilən Formula 1 üzrə İtaliya Emiliya-Romanya Qran-Prisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, İmola trasında mövsümün dördüncü mərhələsinin qalibi “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.

Onun komanda yoldaşı olan meksikalı Serxio Peres ikinci, “McLaren”in britaniyalı sürücüsü Lando Norris isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.