DÜNYA


İtaliyada koronavirus qurbanlarının sayı 138 mini ötüb

Roma, 6 yanvar, AZƏRTAC

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 189 min 109 nəfər artaraq ümumilikdə 6 milyon 566 min 947-yə çatıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 231 nəfər artaraq 138 min 45-ə yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 256 min 297, reanimasiya şöbəsində olanların sayı 1428 nəfərdir.

Ötən gün 1 milyon 94 min 255 test icra edilib, virusdan sağalanların sayı isə 5 milyon 163 min 605 olub.

Bu vaxtadək ölkə əhalisinə ümumilikdə 112 milyon 850 min 467 doza peyvənd vurulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.