DÜNYA
İtaliyada koronavirusa qarşı immun testi hazırlanıb
Roma, 7 aprel, AZƏRTAC
İtaliya bədəndə koronavirusa qarşı anitelləri aşkarlayan immun testi hazırlayıb və tezliklə onun bütün dünyada tətbiq ediləcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, yeni testlə yoxlama nəticələri 1 saata hazır olur, qiyməti isə 5 avrodur. Testlər gündə 500 min insanı yoxlaya bilər. İtaliyanın “DiaSorin” şirkətinin yaratdığı test artıq 6 həftəlik sınaq dövrünü keçib. O, 2 həftə sonra CE (Avropa uyğunluğu) sertifikatı almağı planlaşdırır.
Testdən keçən adamlarda antitellər mövcudlanarsa, onların koronavirusa yoluxma təhlükəsinin minimum olduğu bildirilir. Yəni insan bu virusa yoluxsa belə, immun sistemi hər hansı bir orqanı zədələməyə imkan verməyəcək və virusu məhv edəcək. Test proteinlə "neytrallaşdıran" antikorlar (yəni insan orqanizmindəki virusun replikasiyasına mane olanlar) arasındakı əlaqəni yoxlayacaq və bu yüngül bir siqnal (bədənə daxil olduqda rənglənmiş bir bant) ilə özünü büruzə verəcəkdir.
Test ilkin olaraq 150 nəfərdə laborator şəkildə yoxlanılıb. Onların hamısı bu virusa müxtəlif şəraitdə yoluxaraq müalicə olunmuş şəxslərdir və bundan sonra da təkrar yoluxma riski daşımırlar.
İtaliyalı həkimlər test nəticələrinə əsaslanaraq qərara gəliblər ki, indiyədək ölkədə bu xəstəlikdən müalicə olunmuş 22 min insan bir daha yoluxmayacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma