İQTİSADİYYAT
İtaliyanın “Rai” telekanalında Azərbaycanın enerji ehtiyatlarından və TAP layihəsindən bəhs edən reportaj yayımlanmışdır VİDEO
Roma, 26 may (AZƏRTAC). İtaliyanın “Rai” telekanalında yayımlanan məşhur “TG2” xəbər proqramında Azərbaycanın enerji ehtiyatlarından və TAP layihəsindən bəhs olunmuşdur.
Telekanalın yayımladığı reportajda dünyanın enerji bazarındakı son durum təhlil edilir və vurğulanır ki, bugünkü reallıq böyük qaz ehtiyatlarına malik Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin həyata keçirilməsinin vacibliyini göstərir. TAP Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan qaz asılılığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.
Reportajda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentin müavini Vitali Bəylərbəyovun fikirləri də yer almışdır. TAP layihəsi ilə bağlı məlumat verən ARDNŞ rəsmisi bildirmişdir ki, “Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr qaz istehsal ediləcəkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma