MƏDƏNİYYƏT


“Jara-2017”nin ikinci günü: hərarət artır VİDEO

Beynəlxalq Musiqi Festivalının ikinci günü Sofiya Rotarunun yubileyinə həsr olunub

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini daha da artırıb. Səhnəyə çıxan müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və çox məşhur “Çervona ruta” mahnısını oxuyub.

O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.

Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə “Melankoliye” mahnısını səsləndirib.

Polad Bülbüloğlu tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb. O, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, “Gəl, ey səhər” mahnısını ifa edib.

Sonra səhnəyə çıxan Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub.

Yubiley gecəsi məşhur müğənninin ifası və digər müğənnilərin onun repertuarından ən populyar hitlərin birgə səsləndirilməsi ilə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.