MƏDƏNİYYƏT


KAMANÇA ALƏTİNDƏ YENİ KƏŞF EDİLMİŞDİR

“Vahid” Poeziya evində xalq artisti, görkəmli kamança ifaçısı Habil Əliyevlə kimya elmləri doktoru, musiqi alətlərinin bərpası ilə məşğul olan alim-şair Pənah Qurbanovun kamança alətində etdikləri yeni kəşflə bağlı tədbir keçirilmişdir.

Poeziya evinin direktoru Şahin Verdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirdə Habil Əliyev və Pənah Qurbanov çıxış edərək kamança aləti üzərində dəqiq hesablanmış sistem əsasında etdikləri yeniliklərin bundan sonra ifaçılıq texnikasını yüksəldəcəyindən, çalğını aydın, sənətkarlıq cəhətcə dəqiq, güclü və məlahətli edəcəyindən, havaların daha rəngarəng səslənməsinə şərait yaradacağından danışmışlar.

Sonra tanınmış kamança ifaçıları – xalq artisti, professor Şəfiqə Eyvazova, Arif Əsədullayev, Abdulla Abdullayev, Elşən Mansurov və başqaları çıxış edərək kamança alətində edilmiş yeniliklərlə bağlı fikirlərini bildirmişlər.

Axırda xalq artisti Habil Əliyev yeniliklər edilmiş kamançada muğamlardan parçalar səsləndirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.