REGİONLAR
KARTOF İSTEHSALI ARTIR
İsmayıllı rayonunda son illər kartof istehsalı nəzərəçarpacaq dərəcədə artmışdır. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Məhərrəm Əhmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, öz dadı və keyfiyyəti ilə seçilən İsmayıllı kartofu hazırda nəinki ətraf rayonların, habelə Bakı, Sumqayıt şəhərlərinin bazarlarında da satılır.
Özəl torpaq sahibləri cari təsərrüfat ilində 582 hektar sahədən 4667,6 ton kartof götürmüşlər ki, bu da keçən illə müqayisədə 1000 ton çoxdur. Hər hektarın məhsuldarlığı 80,2 sentner olmuşdur.
Hazırda rayonda əkin sahələrinin hazırlanması işlərinə başlanmışdır. Gələn ilin məhsulu üçün kifayət qədər toxumluq kartof tədarük olunmuşdur. Əkin sahələrinin 650-700 hektara çatdırılacağı gözlənilir.