SİYASƏT
KAZANDA “POSTSOVET MƏKANINDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Fransa tədqiqatçısı Jan Radvaninin “Verilməmiş suala qeyri-müəyyən cavablar: Rusiyada müsəlmanlar və 2002-ci ildə əhalinin siyahıyaalınması” mövzusundakı məruzəsi böyük marağa və geniş diskussiyaya səbəb olmuşdur. Onun araşdırmalarının yekunlarına görə, 20 milyon “etnik
müsəlman”dan yalnız 7 milyonunu dindar hesab etmək olar. Tədqiqatçı bu rəqəmi İslamın ardıcıllarının sayı kimi təqdim etmişdir. “Avroislam”ın ideoloqu Rafael Həkimovla Tatarıstan müftisinin birinci müavini Vəliulla Yaqubov arasında İslamda islahatlar, ictihad və ənənəlilik barədə diskussiya da böyük maraq doğurmuşdur.
Konfransda konfessiyalararası münasibətlər, İslamın siyasətlə qarşılıqlı münasibətləri, postsovet məkanında İslamın inkişaf perspektivləri və digər məsələlər də müzakirə olunmuşdur.